SUMQAYIT, 13 noyabr. TELEQRAF
Sumqayıtda zavod ərazisində bıçaqlanma hadisəsi baş verib.
Hadisə Azərboru zavodunda qeydə alınıb.
1972-ci il təvəllüdlü Bilal Şahgəldiyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.