“Qadın hər şeyi üzərinə götürəndə xanımlığı arxa planda qalır”

Əməkdar artist Zakir Əliyev qadının xanımlığını qorumasında kişinin rolundan danışıb.

Sənətçi “Qonaqcanlı” verilişində qadının yanında güclü kişinin olmasının vacibliyini vurğulayıb:

“Qadın o zaman xanımlığını qoruyur ki, yanında güclü kişi olur, ona söykənə bilir. Bəs niyə xanımlar ərə gedirlər, ailə qururlar? Yanlarında onları qoruyan, dəstəkləyən kişini seçir və ona sığınırlar. Amma qadın hər şeyi öz üzərinə götürəndə onun bəzənməyi, zərifliyi, xanımlığı arxa planda qalır. Arzu edirəm ki, xanımlarımız hər zaman gözəl olsunlar”. (axsam.az)