Bolqarıstanda külək səbəbindən fövqəladə vəziyyət elan edilib.
Xarici KİV-ə istinadla, ölkədə müşahidə olunan güclü külək ağacların aşmasına və nəqliyyatda problemlərin yaranmasına səbəb olub.
Vratsa Bələdiyyəsinin açıqlamasına görə, küləyin sürəti saatda 110 kilometri ötüb.
Şiddətli külək nəticəsində ağaclar aşıb, budaqlar qırılıb, metal dam örtükləri yerindən qopub və müxtəlif əşyalar ətrafa səpələnib. Sakinlərə hava şəraiti yaxşılaşana qədər evlərini tərk etməmək tövsiyə olunub.
Paytaxt Sofiyada da küləyin sürəti saatda 90-95 kilometrə çatıb. Nəticədə çoxsaylı ağaclar aşıb və nəqliyyatın hərəkətində fasilələr yaranıb.
Bolqarıstan Milli Meteorologiya və Hidrologiya İnstitutu Vratsa bölgəsi üçün qırmızı, ölkənin 9 bölgəsi üçün narıncı, 17 bölgəsi üçün isə sarı təhlükə xəbərdarlığı elan edib.