2026-cı ilin yanvar-sentyabr aylarında Blumberq ticarət platformasında banklararası təminatsız bazar üzrə 57.6 milyard manat həcmində 1 648 əqd qeydə alınıb.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Əqdlərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb. Müddət strukturunda 1–3 günlük əməliyyatlar üstünlük təşkil edib və ümumi həcmin 95%- nə bərabər olub.