Qırğızıstanda yeni təbii qaz yatağı aşkarlandı

Qırğızıstanda yeni təbii qaz yatağı aşkarlanıb.

Bu barədə “Qırğızneftqaz” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Maylı-Suu rayonunda aşkarlanan yatağın gündəlik qaz hasilatı 40 min kubmetrdən çoxdur. Bu, Koçkor-Ata şəhərinin və ətraf kəndlərin təbii qazla tam təmin olunmasına imkan verəcək.

“Qırğızneftqaz” ASC-nin İdarə Heyətinin sədri Samsaalı Çetimbayev bildirib ki, son 10-15 ildə müəssisədə belə yüksək hasilat gücünə malik qaz mənbəyi qeydə alınmayıb.