Qırğızıstanda yeni təbii qaz yatağı kəşf edilib.
Bu barədə "Qırğızneftqaz" şirkəti məlumat yayıb.
Məlumata görə, Mayluu-Suu rayonunda aşkar edilən yatağın gündəlik qaz ehtiyatı 40 min kubmetrdən çoxdur.
Bu, Koçkor-Atanı və ətraf kəndləri təbii qazla tam təmin etməyə imkan verəcək.