Qırğızıstanda prezidentliyə namizədlərin ilkin siyahısı müəyyənləşib

Qırğızıstanda prezident postuna namizədlərin ilkin siyahısı müəyyənləşib.

2027-ci il yanvarın 27-də keçiriləcək prezident seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi mərhələsi noyabrın 13-də başa çatıb.

Dövlət başçısı postu uğrunda 11 nəfərin mübarizə aparacağı gözlənilir. Onların arasında hazırkı prezident, keçmiş deputatlar, güc strukturlarının və dövlət orqanlarının sabiq rəhbərləri, iş adamları, eləcə də Mərkəzi Seçki Komissiyasının keçmiş sədri var.

Bütün namizədlər seçkilərə müstəqil şəkildə qatılırlar. Onlardan bəziləri daha əvvəl də prezident seçkilərində iştirak edib, digərləri isə ilk dəfə böyük siyasətdə öz güclərini sınamaq qərarına gəliblər.

Siyahıda 10 kişi və bir qadın var. Ən yaşlı namizədin 72, ən gənc namizədin isə bir neçə gündən sonra 35 yaşı tamam olacaq.

Qırğızıstan Prezidenti postuna namizədlər aşağıdakılardır

Aymen Kasenov (52 yaş) - İş adamı

Azamat Esenbekov (42 yaş) - İqtisadçı, keçmiş vergi məmuru və bələdiyyə sədri

Sıymık Japıkeyev (49 yaş) - keçmiş Maliyyə Polisinin rəisi

Akay Kıdırov (35 yaş) - İş adamı

İsxak Masaliyev (66 yaş) - Keçmiş deputat

Sadır Japarov (57 yaş) - Ölkənin hazırkı prezidenti

Baktıbek Kalmamatov (42 yaş) - Keçmiş deputat

Bakıtbek Adılov (44 yaş) - Cəlalabad şəhərinin keçmiş meri və Miqrasiya Xidmətinin sabiq rəhbəri

Amur Ayba Meder - İş adamı

Mambetjunus Abılov (72 yaş) - Mərkəzi Seçki Komissiyasının keçmiş sədri

Klara Sooronkulova (57 yaş) - keçmiş məhkəmə hakimi