Maya Sandu: “Moldova Azərbaycanla, xüsusilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır” - Video

“Moldova Azərbaycanla, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafında maraqlıdır”.

Bunu Moldovanın Prezidenti Maya Sandu Azərbaycan mediasına açıqlamasında bildirib.

O qeyd edib ki, Moldova bütün ölkələrdə sülhün olmasını arzulayır və bu istiqamətdə aparılan müzakirələri, eləcə də hazırda göstərilən səyləri alqışlayır.

Sandu Azərbaycanın enerji sahəsindəki imkanları ilə əməkdaşlığın Moldova üçün maraq doğurduğunu vurğulayıb:

“Əlbəttə ki, müzakirələri və hazırda bu istiqamətdə göstərilən bütün səyləri alqışlayıram”.