Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Prius" ilə "KİA" markalı iki minik avtomobili toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.