Ukraynadakı müharibə ilə bağlı çoxtərəfli sülh danışıqlarının növbəti raundu gələn həftə keçiriləcək.
Bunu ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Vladimir Putinlə Kremldə keçirilən görüşdən sonra açıqlayıb.
Onun sözlərinə görə, görüş zamanı bütün məsələlər ətraflı müzakirə olunub və aparılan müzakirələr gələcək çoxtərəfli danışıqlar üçün əsas yarada bilər.
Kuşner Avropanın müharibənin başa çatmasını və bundan sonra uzunmüddətli sülhün təmin olunmasını istədiyini vurğulayıb.