Göygöldə açıq ərazidən kişi meyiti tapılıb

Göygöldə yaşlı kişinin meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Hacıməlik qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Astara rayon sakini, 1992-ci il təvəllüdlü M. Hüseynovun meyiti kəndin açıq ərazisində aşkarlanıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

İlkin məlumata görə yaşlı kişinin üzərində zorakılıq əlamətləri olmayıb.

Qeyd edək ki, 84 yaşlı kişi noyabrın 8-də itkin düşüb. O, Astara rayonundan Gəncə şəhərində hərbi xidmətdə olan nəvəsinin andiçmə mərasiminə gəlibmiş.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.