ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff bildirib ki, Moskvada aparılan danışıqlar zamanı Ukraynada nizamlanma istiqamətində irəliləyiş əldə olunub.
Bu haqda “CNN” məlumat yayıb.
“İrəliləyiş əldə edilib. Düşünürəm ki, bu, bu səhər baş verib”, - deyə o bildirib.
Uitkoff həmçinin təsdiqləyib ki, Ukrayna ilə bağlı danışıqların növbəti raunduna Avropa ölkələrinin nümayəndələri də qoşulacaqlar.