Bakı, 12 noyabr, AZƏRTAC Bu gün Nizami Kino Mərkəzində “Sükut içində addımlar” filminin təqdimatı keçirildi. Bu, ərsəyə gəlməsi uzun zaman və böyük zəhmət tələb edən bir layihədir. Düşünürəm ki, xüsusilə xarici ölkələrdə yaşayan insanlar qadınlardan ibarət minaaxtaranlar qrupunun hekayəsini ekranlaşdırmağın rejissor üçün nə qədər çətin və məsuliyyətli bir proses olduğunu tam təsəvvür edə bilməzlər.AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Sükut içində addımlar” filminin quruluşçu operatoru Mateuş Çuxnovski deyib.O bildirib ki, rejissor Fariz Əhmədov bu hekayəni ekran vasitəsilə tamaşaçılara çatdırmaq, mövcud məhdudiyyətləri aşmaq və hadisələri qadınların baxış bucağından təqdim etmək üçün böyük peşəkarlıq nümayiş etdirib.“Bu, Azərbaycanda çəkiliş apardığım beşinci, Fariz Əhmədovla birgə işlədiyim isə ikinci filmdir. Bu layihədə iştirak etmək mənim üçün xüsusi təcrübə oldu. Ümid edirəm ki, gələcəkdə Azərbaycanda daha çox film çəkəcəyəm”, – deyə Mateuş Çuxnovski qeyd edib. Müxbir - Gülay Nəzərova Fotomüxbir - Orxan Kərimov Operator - Ələkbər Baxşiyev