İtaliya yığmasının Millətlər Liqasında keçirəcəyi növbəti oyunlar üçün heyəti açıqlanıb.
Baş məşqçi Roberto Mançininin dəvət etdiyi oyunçular arasında Matteo Palma diqqəti cəlb edir.
“Udineze”nin müdafəçisi milli komandada debüt şansı qazanıb. Almaniyada doğulan 18 yaşlı futbolçu zədə alan “Roma”nın müdafiəçisi Canluka Mançininin yerinə dəvət alıb.
“Skuadra adzurra” noyabrın 12-də Milanda Fransa, noyabrın 15-də isə Brüsseldə Belçika ilə qarşılaşacaq.