Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən evlərin və obyektlərin söküntüsü davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən isə bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na əsasən, Bakıxanov-Binə-Qala xəttinin bərpası üzrə də işlərə başlanılıb. Dəmiryol xətti üzrə yol infrastrukturunun təhlili aparılıb, yol layihəsi ilə bağlı işlər tamamlanıb. Bu dəmiryol xətti boyunca mühafizə zonasında yerləşən tikililər üzrə 280-ə yaxın mülkiyyətçi qeydə alınıb, müvafiq protokollar imzalanıb. Hazırda söküntü işləri davam etdirilir, bəzi ərazilərdə isə çəpərləmələrə başlanılıb.
O ki qaldı kompensasiya ödənilməsi məsələsinə, qeyd olundu ki, işlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Nazirlər Kabinetinin qərarına əsasən aparılır.