Türkiyənin Malatya vilayətində helikopter qəzaya uğrayıb.
Qəza ilə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi 4 hərbçinin şəhid olduğunu açıqlayıb.
Nazirliyin açıqlamasında S-70 tipli helikopterin hələlik məlum olmayan səbəbdən qəzaya uğradığı bildirilir.
Aidiyyəti qurumlar qəza yerinə çatıb və axtarış-xilasetmə işlərinə start verilib.