Bakı, 12 noyabr, AZƏRTAC 2020-ci ilin noyabrından indiyə kimi 444 nəfər mina qurbanı olub. Onlardan 73 nəfəri həyatını itirib.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov noyabrın 12-də Nizami Kino Mərkəzində “Sükut içində addımlar” filminin təqdimatında çıxışı zamanı deyib. O bildirib ki, analizlərə görə, mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib. Bu da onu göstərir ki, işğaldan azad olunan ərazilərimiz nizamsız şəkildə minalanıb. Vüqar Süleymanov qeyd edib ki, azad olunmuş ərazilərin 11 min 667 kvadratkilometri şübhəli təhlükəli ərazilər kateqoriyasına aiddir. Fotomüxbir - Orxan Kərimov