Fransa polisi “Qızıl top”la bağlı nəyi araşdırır?

Bilindiyi kimi, Harri Keyn bu il “Qızıl top”un qalibi olub.

“France Football” nəşrinin keçirdiyi sorğunun nəticələri Fransa polisinin diqqətini cəlb edib. Hüquq-mühafizə orqanı müsabiqənin nəticələri ilə bağlı şübhəli mərc fəaliyyətini araşdırır.

Məsələ ondadı ki, “Polymarket” platformasında 12 hesab kişi futbolçular arasında səsvermənin ilk “5-liy”ini dəqiq proqnozlaşdırıb. “The Athletic”in yaydığı məlumata görə, həmin hesablardan ümumilikdə 250 min avro mərc edilib, qazanc isə təxminən 200 min avro olub. Hüquq-mühafizə orqanları bu fəaliyyətin məxfi məlumatlardan istifadə ehtimalı ilə bağlı şübhələr yaratdığını bildirib. “France Football” mükafatın nəticələri açıqlanmazdan əvvəl şübhəli mərc fəaliyyəti barədə məlumatlandırılıb. Təşkilatçı qurum məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Xatırladaq ki, jurnalistlər arasında eçirilən sorğuda Keyndən sonrakı yerləri Kilian Mbappe, Lamin Yamal, Rodri və Lionel Messi tutublar.