Ermənistan məhkəməsi bütün ermənilərin katolikosunun qardaşı Gevork Nersisyanı şərti olaraq üç il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
II Qareginin qardaşı oğlu Ambartsum Nersisyan 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilsə də, hökmün icrası təxirə salınıb. Onun bir yaşlı qızı 6 yaşına çatana qədər sınaq müddəti təyin edilib.
Daha əvvəl prokuror Gevork Nersisyan üçün 3,5 il, Ambartsum Nersisyan üçün isə 7,5 il azadlıqdan məhrumetmə cəzası tələb etmişdi.
Qeyd edək ki, Gevork Nersisyan və onun oğlu Ambartsum Nersisyan 2025-ci il noyabrın 3-də həbs ediliblər. İstintaqın məlumatına görə, noyabrın 1-də Vaqarşapat icmasına daxil olan Voskeat kəndində onlar təşviqat materialları paylayan "Respublika" partiyasının nümayəndəsi Arutyun Mkrtçyanla münaqişəyə girərək onu təhqir ediblər. Noyabrın 17-də iş məhkəməyə verilib.