BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb

BƏƏ-nin Füceyrə əmirliyində zəncirvari qəza baş verib.

BƏƏ-nin Daxili İşlər Nazirliyinə istinadən, qəza ümumilikdə 23 nəqliyyat vasitəsinin toqquşması ilə baş verib.

Nəticədə 14 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.