ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən silahlı insident nəticəsində bir neçə nəfər güllələnib.
Bu barədə “ABC News” telekanalı polis mənbələrinə istinadla məlumat yayıb.
Vaşinqtonun Metropolitan Polis Departamenti şəhərin şimal-qərbində, 15-ci küçə ilə P küçəsinin kəsişməsində aktiv atışma ilə bağlı əməliyyat aparıldığını açıqlayıb.
Hadisə yerinə polisin xüsusi təcili müdaxilə qrupu cəlb edilib. ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları hadisə yerində işləyir.
Silahlı insidentin səbəbləri və yaralıların vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib