"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə hökm elan edilib.
Hökmə əsasən, İmran Əliyev 10 il, Elgiz Qəhrəman 9 il müddətinə azadlıqdan məhrum edilib.
Elgiz Qəhrəman məhkımə zalında həbs edilib.
Digər təqsirləndirilən Tamella Musayeva 4 il sınaq 8 il müddətinə şərti azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Məclis.info saytının rəhbəri İmran Əliyev ötən il aprelin 19-da həbs edilib.
İstintaq araşdırması zamanı Elgiz Qəhrəman və Tamella Musayeva da iş üzrə məsuliyyətə cəlb olunublar.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham elan olunub.
İmran Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki təqsirləndirilən - Elgiz Qəhrəman və Tamella Musayevanınn barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.