Hörmətli cənab Prezident,

İsveçdə fəaliyyət göstərən “Qobustan” Azərbaycan Aydınlar Ocağı diaspor təşkilatı adından Sizi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna yeri olan 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr tariximizə yalnız Qələbə günü kimi deyil, həm də milli ləyaqətimizin, dövlətçilik əzmimizin və gələcəyə inamımızın təntənəsi kimi əbədi həkk olunub. Biz bu Qələbə ilə fəxr edirik.

Zəfər Günü xalqımızın illərlə qəlbində yaşatdığı azadlıq arzusunun gerçəkləşdiyi, tarixi ədalətin bərpa olunduğu, milli qürurumuzun və dövlətçilik iradəmizin bütün dünyaya nümayiş etdirildiyi gündür. Bu gün, eyni zamanda, Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin, Ordumuzun qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan olaraq Sizin qətiyyətli liderliyinizin təcəssümüdür.

Azərbaycan xalqı bu gün qalib xalq, Azərbaycan dövləti isə öz gücünə, iradəsinə və müstəqil siyasətinə arxalanan qalib dövlətdir.

Vətəndən uzaqda yaşamağımıza baxmayaraq, Zəfərin sevincini xalqımızla bölüşür, uğurlu siyasətinizi hər zaman dəstəkləyirik.

Cənab Prezident, Sizə cansağlığı, Vətən, xalq naminə çoxşaxəli fəaliyyətinizdə tükənməz enerji, yeni-yeni uğurlar arzu edirik.

Hörmətlə,

Səadət Kərimi

“Qobustan” Azərbaycan Aydınlar Ocağı təşkilatının sədri