Gürcüstan Avropa İttifaqı ilə Şərq istiqamətində quru daşımaları üzrə əməkdaşlığa hazırdır.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin sammiti çərçivəsində bildirib.
“Cənubi Qafqaz, konkret olaraq Gürcüstan Şərq istiqamətində yeganə quru dəhlizi olaraq qalır. Biz bu istiqamətdə Avropa və Avropa İttifaqı ilə əməkdaşlığa tam hazırıq. Təbii ki, avropalı tərəfdaşlarımızla bu barədə danışacağıq”, – deyə o qeyd edib.
Kobaxidzenin sözlərinə görə, Rusiyanın iqtisadi təcridi və Yaxın Şərqdəki münaqişə nəticəsində Avropanın Şərqə çıxış yolları bağlanıb. O, bu şəraitdə Gürcüstanın tranzit rolunun əsas əhəmiyyət qazandığını vurğulayıb.