Aşıq Namiq: “Allahdan istəyirəm qarşıma elə bir qız çıxarsın ki…”

“Birinci dəfə bir uğursuzluq olub, ikinci dəfə istəmirəm ki, yenə başım daşa dəysin”.

Bu sözləri Aşıq Namiq verilişdə deyib.

Subay sənətçi qarşısına əməli-saleh bir qızın çıxması üçün Allaha dua etdiyini bildirib:

“Hər zaman Allahdan istəyirəm ki, qarşıma bir əməli-saleh qız çıxarsın, mən də ailə qurum. Təklik Allaha məxsusdur. İstər qadın, istər kişi, hər kəsin ailəsi olmalıdır. Düzdür, bir övladım var, amma bir uğursuz həyat olubsa, o demək deyil ki, ömrümün sonuna qədər subay qalmalıyam. Amma istədiyim insanı tapa bilmirəm. Birinci dəfə bir uğursuzluq olub, ikinci dəfə istəmirəm ki, yenə başım daşa dəysin. Ona görə də seçimə məsuliyyətlə yanaşıram. Allah yəqin ki, qarşıma qismətimi çıxarar”.