Dünya şöhrətli müğənni Cennifer Lopez Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyində yeni mahnısının sürpriz təqdimatını keçirib.
Xarici KİV-ə istinadən, 57 yaşlı sənətçi yeni mahnısını ilk dəfə dinləyicilərə təqdim edərək, cəsarətli səhnə geyimi və enerjili performansı ilə gecənin diqqət mərkəzinə çevrilib. Şəffaf kombinezonda səhnəyə çıxan Lopez dinamik rəqsləri və coşqulu çıxışı ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.
O, səhnədə nümayiş etdirdiyi möhtəşəm şou ilə bir daha sənətkarlığını ortaya qoyub.
Müğənninin yeni mahnısının ilk dəfə səsləndirildiyi gecə həm musiqisi, həm də fərqli səhnə obrazı ilə yadda qalıb.