Lənkəranda kütləvi zəhərlənmə

Lənkəran rayonunda kütləvi zəhərlənmə olub. Qafqazinfo-ya istinadən, bu gün 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlardan 3-ü azyaşlıdır. İlkin məlumata görə, həmin şəxslər qidadan zəhərləniblər. Əlavə məlumat veriləcək.