UEFA “Çempionlar Liqası”, “Avropa Liqası” və “Konfrans Liqası”nın Türkiyədəki yeni yayımçısı bəlli olub.
2021–2024-cü illərdə Avropa kuboklarının oyunlarını yayımlayan “Exxen” platforması 2027–2028-ci illər mövsümündən etibarən qarşılaşmaları yenidən futbolsevərlərə təqdim edəcək.
Acun Ilıcalının sahibi olduğu platforma 2027–2028-ci illər mövsümündən başlayaraq Avropa kuboklarının oyunlarını 4 il müddətində yayımlayacaq.
Qeyd edək ki, 2024-cü ildən etibarən isə UEFA turnirləri Türkiyədə TRT və “Tabii” platforması vasitəsilə yayımlanırdı.