Kallas Britaniyanı yenidən Avropa İttifaqında görmək istəyir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Böyük Britaniyanın yenidən ittifaqa qoşulmasını arzuladığını bildirib.

Kallas Britaniyanın Aİ-dən çıxmasının yaratdığı narazılıqların hələ də unudulmadığını deyib:

“Böyük Britaniyanı yenidən Avropada görməyi çox istərdim. Amma Avropa İttifaqında onun ayrılması ilə bağlı hələ də çoxlu ağrılı xatirələr var”.

Kallasın sözlərinə görə, yaxınlaşma danışıqları asan olmayacaq, lakin tərəflər kiçik addımlarla irəliləyə bilərlər.

O vurğulayıb ki, Aİ və Böyük Britaniya birlikdə həm iqtisadiyyat, həm də təhlükəsizlik baxımından daha güclü olacaqlar.