Bakı, 12 noyabr, AZƏRTAC Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ABŞ-nin Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb. Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş çərçivəsində sözügedən ali təhsil müəssisəsi ilə cari əlaqələr, habelə beynəlxalq ikili diplom proqramı üzrə əməkdaşlıq, eləcə də inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.