Fon der Lyayen: Avropa Komissiyası 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsinə dair təklif hazırlayır

Avropa Komissiyası 2027-ci ildə Ukraynanın maliyyə ehtiyaclarının təmin edilməsi ilə bağlı təklif hazırlayır.

"Report"un Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl jurnalistlərə bildirib.

"Avropa Komissiyası 2027-ci ildə Ukraynanın maliyyə ehtiyaclarının necə qarşılana biləcəyi barədə təklif hazırlayır. Biz Avropa İttifaqı Şurasının növbəti iclasına qədər sanksiyalar paketini və Ukraynanın maliyyələşdirilməsi ilə bağlı təklifi təqdim edəcəyik", - o, söhbətin 22-ci sanksiyalar paketindən getdiyini dəqiqləşdirərək qeyd edib.