Alen Berse: Avropa Şurası Cənubi Qafqazda baş verənləri diqqətlə izləyir

Avropa Şurası Cənubi Qafqazda baş verənləri diqqətlə izləyir və buna böyük maraq göstərir.

"Report"un Dublinə ezam olunmuş əmnəkdaşı xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse bildirib.

"Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Regionun hər üç ölkəsi Avropa Şurasının tamhüquqlu və güclü üzvləridir. Biz onlarla işləyirik və sülhə nail olmaq üçün necə faydalı ola biləcəyimizi nəzərdən keçirməyə hazırıq", - A.Berse bildirib.

O, vurğulayıb ki, Azərbaycan və Ermənistan ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə bir-biri ilə qarşılıqlı fəaliyyət göstərirlər: "Mən həmçinin qeyd edirəm ki, Azərbaycan və Ermənistan, o cümlədən Prezident Trampın dəstəyi ilə birlikdə işləyirlər. Biz bu prosesi çox diqqətlə izləyirik".