Sankt-Peterburqda polkovnikin idarə etdiyi avtomobil partlayıb. Partlayış Şuşaridəki Kolpino şossesində baş verib.
Rusiya KİV-ə istinadən, partlayıcı qurğu avtomobilin alt hissəsinə bərkidilib. Polkovnik həyətdən çıxarkən partlayıb. Nəticədə hərbi qulluqçu həlak olub.
Rusiya İstintaq Komitəsi Sankt-Peterburqun Şuşarı qəsəbəsində hərbi qulluqçunun avtomobilinin partladılması faktı ilə bağlı cinayət işi başladıb.
***
Sankt-Peterburq yaxınlığındakı magistral yolda avtomobil partlayıb; nəticədə sürücü həlak olub, daha bir nəfər isə xəsarət alıb.
Bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Partlayış Şuşarı qəsəbəsində, Kolpinskoye şosesində baş verib. Yol hazırda bağlıdır. Ölən şəxsin yüksək rütbəli məmur olduğu bildirilir.