Bakı, 12 noyabr, AZƏRTAC 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 127 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən isə məhsul idxal olunub.Doqquz ayda xarici ticarət dövriyyəsi 38 milyard 898,5 milyon dollar təşkil edib. Bu dövrdə 12 milyard 206,7 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb. 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 10,3 faiz artıb, real ifadədə isə 14,7 faiz azalıb.