Bakıda kişi yanaraq öldü

Bakının Xəzər rayonu, Binə qəsəbəsində noyabrın 11-də yanıq xəsarəti alan kişi ölüb.

Ötən gün saat 14 radələrində qəsəbə sakini 1962-ci il təvəllüdlü Xanəli Məmməd oğlu İsmayılov termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.