Sankt-Peterburqda avtomobil partladıldı

12 noyabr səhəri Sankt-Peterburqun Slavyanka məhəlləsində yüksək rütbəli hərbiçinin avtomobil partlayıb.

Bu barədə "Fontanka" məlumat yayıb. Nəşrin mənbələrinə görə, avtomobildə Rusiya Silahlı Qüvvələrinin polkovniki olub. Partlayış nəticəsində polkovnik ölüb. Partlayıcı qurğu avtomobilin alt hissəsinə bərkidilib və polkovnik həyətdən çıxarkən uzaqdan işə düşüb.

"78" nəşrinin məlumatına görə, avtomobil Kolpinskoye şossesindəki “Lenta” mağazası və “Tatneft” yanacaqdoldurma məntəqəsinin yaxınlığında partlayıb.

Polkovnik Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı Ordusunda xidmət edib. Hadisədən sonra magistral yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir. İstintaq Komitəsi qətl maddəsi ilə cinayət işi açıb. Müstəntiqlər və məhkəmə ekspertləri hadisə yerini araşdırır və məhkəmə ekspertizaları təyin edirlər.

Bu, son üç ayda Sankt-Peterburqda baş verən ikinci hərbi partlayışdır. Avqustun 27-də Slavyanka məhəlləsində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə bölməsinin podpolkovniki və həyat yoldaşını daşıyan avtomobil partladılmışdı.