Renka: “Desəm, sevgilim məni öldürər”

Rəqqasə Rəna Ağamuradova (Renka) şəxsi həyatı ilə bağlı indiyədək danışmadığı məqamlara aydınlıq gətirib.

Sənətçi “MTV Maqazin”ə müsahibəsində ilk dəfə sevgilisinin olduğunu açıqlayıb. Bununla belə, münasibətləri barədə ətraflı danışmaq istəməyən Renka maraqlı ifadəsi ilə diqqət çəkib.

“Aydın məsələdir ki, sevgilim var. O barədə danışa bilmərəm, sevgilim məni öldürər”, – deyə rəqqasə bildirib.

Ağamuradova ailə həyatı qurmaq məsələsinə də münasibətini açıqlayıb. O, yenidən evlənmək fikrinin onda müəyyən tərəddüdlər yaratdığını və ailə qurmaqdan qorxduğunu etiraf edib.

“Bir dəfə olub, bəsimdir”, – deyə Rəna əlavə edib.