Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:
“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicə həkimi, nefroloq və endokrinoloq tərəfindən mütəmadi olaraq qiymətləndirilir. Pasiyent həkim nəzarətində saxlanılır”.