Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən oxu.az-a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:

“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicə həkimi, nefroloq və endokrinoloq tərəfindən mütəmadi olaraq qiymətləndirilir. Pasiyent həkim nəzarətində saxlanılır”.

Qeyd edək ki, Səmayə Həşimovanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova verib.