2026-cı il oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1790,8 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Ölkə.az-a verilən məlumata görə, bu, sentyabr göstəriciləri ilə müqayisədə 0,78% çox, illik müqayisədə 0,52% çoxdur.
Ölkədə muzdla çalışan işçilərin 836,8 min nəfəri dövlət sektorunda, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu isə aylıq müqayisədə müvafiq olaraq 2,6 min nəfər və ya 0,31%, 11,4 min nəfər və ya 1,2% çoxdur.