Azərbaycanda yaşı 100 və daha çox olan pensiya və ya müavinət alanların sayı açıqlanıb.
Bu barədə informasiyanı Dövlət Sosial Müdafiə Fondu (DSMF) yayıb.
Bildirilib ki, ölkədə yaşı 100 və daha çox olan pensiya və ya müavinət alanların sayı 264 nəfərdir:
"Onların 35-i kişi, 229-u qadındır. Ən yaşlı şəxsin 122 yaşı var və qadın pensiyaçıdır". (Oxu.az)