Türkiyə XİN-dən İsrailə sərt cavab...

Türkiyə Xarici İşlər Nazirliyi İsrail tərəfinin Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlamasına münasibət bildirib.

Türkiyə XİN-in cavabında qeyd olunur ki, İsrail Xarici İşlər Nazirliyinin Prezident Rəcəb Tayyib Ərdoğana qarşı çirkin və iyrənc böhtanları İsrail rəsmilərinin həqiqəti gizlətmək üçün göstərdiyi boş cəhdlərin yeni bir nümunəsidir.

Bəyanatda Prezident Ərdoğanın COP31 Liderlər Zirvəsinin açılışındakı çıxışında İsrailin siyasətini bir daha dünya gündəminə gətirdiyi və bəşəriyyətin ortaq vicdanı ilə səsləşən hiss və düşüncələrini ifadə etdiyi vurğulanıb.

"Türkiyə olaraq, İsrailin təcavüzkar siyasətinin hədəfində olan bütün məzlumların, xüsusən də fələstinlilərin yanında olmağa davam edəcəyik", - açıqlamada bildirilir.