“Başqa sözlə, işçinin əmək məzuniyyəti hüququnun mövcudluğu ilə yanaşı, həmin hüquqdan faktiki istifadə etməsi də təmin olunmalıdır. Məzuniyyətin kompensasiya ilə əvəz edilməsi işçinin istirahət hüququnun reallaşmasını əvəz edə bilməz.
Layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı halların daha dəqiq müəyyən edilməsi nəzərdə tutulur. Bu da praktikada məzuniyyətin keçirilməsi ilə bağlı yaranan qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi tətbiqetmədə vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcək.
Eyni zamanda, müvafiq dəyişikliklərin gömrük, vergi və daxili işlər orqanlarında xidmət keçməni tənzimləyən qanunvericilik aktlarına da şamil edilməsi nəzərdə tutulur”, – deyə nazir müavini bildirib.