Suliman Pakistan millisinə dəvət aldı

“Sumqayıt”ın kapitanı İsa Suliman Pakistan millisinə dəvət alıb.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi Banqladeşdə keçirilən "SAFF Championship 2026" turnirində mübarizə aparan Pakistan millisinin heyətinə çağırılıb.

Pakistan turnirin B qrupunda Hindistan və Maldiv adaları ilə mübarizə aparır. Komanda qrup mərhələsində noyabrın 5-də Hindistan, noyabrın 8-də isə Maldiv adaları ilə qarşılaşıb.

Turnirdə A qrupunda Banqladeş, Şri-Lanka və Butan yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Yarımfinal görüşləri noyabrın 14-də, final oyunu isə 17-də keçiriləcək. Bu gün Hindistan Maldiv adaları ilə qarşılaşacaq. Bundan sonra Pakistanın yarımfinaldakı rəqibi müəyyənləşəcək.