Tehran zənginləşdirilmiş uranın ölkədə saxlanılması barədə qərarını Moskvaya çatdırıb

İran zənginləşdirilmiş uranı milli sərvət hesab edir və onun ölkə hüdudlarından kənara çıxarılmasına razı olmayacaq.

Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi “Al Mayadeen” telekanalına müsahibəsində bildirib.

“Biz zənginləşdirilmiş nüvə materialının heç bir hissəsinin İrandan çıxarılmasına icazə verməyəcəyik”, – Rezayi vurğulayıb.

Onun sözlərinə görə, zənginləşdirilmiş uran ölkənin milli sərvətidir və daxili ehtiyaclar üçün nəzərdə tutulub.

Rezayi qeyd edib ki, Tehran Rusiyanın bu məsələ ilə bağlı təşəbbüsünə cavab olaraq zənginləşdirilmiş uranı ölkə ərazisində saxlamaq qərarını əvvəlcədən Moskvaya çatdırıb.