Həftəsonu havanın temperaturu 20 dərəcəyə yüksələcək

Həftəsonu havanın temperaturunun yüksələcəyi gözlənilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, noyabrın 14-ü və 15-də temperatur 20 dərəcəyədək artacaq.

Bakıda noyabrın 14-də havanın temperaturu gündüz 19, gecə 8 dərəcə olacaq. Noyabrın 15-də isə gündüz 18, gecə 13 dərəcə isti gözlənilir.