Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə Avropa İttifaqı nümayəndələri arasında heç bir təmas olmayıb.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, belə bir təmasın planlaşdırılmadığını da söyləyib.
Peskov vurğulayıb ki, BƏƏ-dəki Rusiya nümayəndə heyəti danışıqlardakı inkişaflar barədə prezidentə daim məlumat verir.
Kremlin rəsmisi əlavə edib ki, Əbu-Dabidəki danışıqlar dünən Novo-Oqaryovoda keçirilən Putin və Lukaşenko arasında görüş zamanı müzakirə olunub.