Vaşinqtonda siyasi balans dəyişir: Aralıq seçkilərindən sonra Trampı nə gözləyir?

“Növbəti prezident seçkiləri namizəd olarsa,

“İki ildən sonra ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək və Tramp yenidən prezidentliyə iddialı olduğunu gizlətmir. Ancaq indiki siyasi mənzərə onun üçün heç də ürəkaçan deyil. Rəqibləri mövcud vəziyyətdən məharətlə istifadə edərsə, Trampın növbəti prezident seçkilərində məğlub olması da real ehtimala çevriləcək. Bununla belə, Ağ Ev sahibi hələ bütün siyasi imkanlarını itirməyib. Qarşısında ikiillik müddət var və bu zaman ərzində vəziyyəti dəyişmək üçün müəyyən addımlar ata bilər. Lakin onun nüfuzunun aşağı düşməsində yalnız İranla müharibə deyil, daxili və xarici siyasətdə yol verdiyi digər səhvlər də mühüm rol oynayıb. Ukrayna məsələsində atdığı addımların tənqid olunması, Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin ABŞ cəmiyyətində narazılıq doğurması, eləcə də bir sıra ölkələrə qarşı ərazi iddiaları ilə çıxış etməsi Trampın siyasi imicinə mənfi təsir göstərdi. Fikrimcə, Trampın hazırkı vəziyyətdən çıxması olduqca çətin olacaq. Bunun üçün ilk növbədə İran istiqamətində başladığı müharibəni özünün elan etdiyi məqsədlərə uyğun nəticələndirməlidir. Başqa sözlə, Vaşinqton bu qarşıdurmada qələbə əldə etməlidir. Ancaq mövcud reallıqlar fonunda İranı hərbi və siyasi baxımdan tam məğlub etmək perspektivi kifayət qədər uzaq görünür. Ukrayna məsələsində də ABŞ-ın siyasətinə yenidən baxılması, Rusiya ilə münasibətlərdə daha sərt mövqenin nümayiş etdirilməsi tələb olunur. Lakin bu istiqamətdə indiyədək atılmış addımlar və verilmiş siyasi mesajlar Trampın manevr imkanlarını xeyli məhdudlaşdırıb. Digər tərəfdən, ölkə daxilində iqtisadi və sosial problemlərin həlli də prezidentin qarşısında duran əsas vəzifələrdəndir. Demokratlar artıq bu problemləri öz siyasi strategiyalarının əsas istiqamətlərindən birinə çeviriblər və hakimiyyətə gəldikləri təqdirdə vəziyyəti dəyişəcəklərini bəyan edirlər. Bütün bunlar göstərir ki, aralıq seçkilərindəki məğlubiyyət Tramp üçün sadəcə parlament çoxluğunun itirilməsi deyil, həm də siyasi hakimiyyətinin zəifləməsinin ciddi göstəricisidir. Hesab edirəm ki, onun üçün Ağ Evdə soyuq küləklər əsməyə başlayıb. Aralıq seçkiləri isə bu prosesin ilk ciddi siqnalı oldu”.