Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqı borclarının ödənilməsi üçün yazıçılara verdiyi son müddət başa çatıb.
Oxu.az-a istinadla, birlik katibliyinin qərarına əsasən, əvvəlki illər üzrə yaranmış borclarını və 2026-cı ilin illik üzvlük haqqını noyabrın 1-dək ödəməyən şəxslərin qurumdan xaric edilməsi prosesinə başlanılıb.
Oxu.az-a açıqlamasında AYB-nin mətbuat katibi Xəyal Rza məlumatı təsdiqləyib.
"Bəli, verilmiş vaxt bitib. Son müddətin başa çatmasından sonra neçə nəfərin AYB üzvlüyündən xaric ediləcəyi, ödənilməmiş üzvlük haqları üzrə ümumi borcun məbləği, borcunu ödəyə bilməyən yazıçılara əlavə vaxt verilib-verilməyəcəyi kimi məsələlər katibliyin növbəti toplantısında müzakirə ediləcək. Toplantının gələn həftə baş tutacağı gözlənilir. Qəbul olunacaq qərarlarla bağlı məlumat veriləcək", - deyə X.Rza bildirib.