2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib. Ötən ilin eyni dövründə bu məbləğ 14 milyard 830 milyon manat olub. İki dövr arasında məbləğ fərqi 1 milyard 689,8 milyon manat və ya 9,7% artım müşahidə olunmuşdur.
Əsas kapitala investisiyaların illik artım tempi 2025-ci ilin ilk on ayındakı 1,3% olmuş və 2026-cı ildə isə bu rəqəm 9,7% olmuşdur.
Qeyri-neft-qaz sektorunda isə mənfi tendensiya nəzərə çarpmaqdadır. Qeyri-neft-qaz sektorunda isə artım tempi 6%-dən 2,3%-ə enib. Bu ilin ilk on ayında sektora 11 milyard 37,7 milyon manat investisiya yönəldilib ki, bu da ümumi məbləğin 66,8%-ni təşkil edib.
Bu ilin ilk doqquz ayı ilə müqayisədə də artım tempi zəifləyib. On aylıq yekunda illik artım ümumi investisiyalar üzrə yanvar-sentyabr ayında 10,9%-dən 9,7%-ə, qeyri-neft-qaz sektoru üzrə isə 3,1%-dən 2,3%-ə enib.